Bakıda kranın aşması nəticəsində iki evə ziyan dəyib: YENİLƏNİB+FOTO/VİDEO


Bakıda kranın aşması nəticəsində iki evə ziyan dəyib:


Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində iki evə ziyan dəyib. Bunu APA-nın hadisə yerində olan əməkdaşı bildirib.



Hadisə yerinə FHN-nin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyinin, Baş prokurorluğun, “Azərişıq” ASC-nin əməkdaşları gəlib.

Hazırda evakuator vasitəsi ilə hadisə nəticəsində ziyan dəyən avtomobillər ərazidən kənarlaşdırılır.

***

***

Bakı Nəqliyyat Agentliyi Nərimanov rayonunda kranın aşması ilə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, agentliyin sözçüsü Mais Ağayev hadisə ilə bağlı məlumat paylaşaraq, sürücülərə həmin küçədən istifadə etməmələri və alternativ yollardan keçmələri barədə müraciət edib.

***

Bakıda tikinti işi aparılan ərazidə kran aşıb.

Lent.az -ın məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. İlkin məlumata görə, olay Bakı Sağlamlıq Mərkəzi yaxınlığında, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində baş verib. Yaxınlıqda olan avtomobillərə və yaşayış binasına ziyan dəyib. Hazırda hadisə yerindən canlı yayımı təqdim edirik:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu