Rəisin oğlu hava limanında faciəvi şəkildə ÖLDÜ


Sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edən işçi vəzifəli şəxsin oğlu imiş.

AFN “Qafqazinfo”ya istinadən xəbər verir ki, aeroportda kranın aşması nəticəsində həlak olan aeroportun texniki əməkdaşı Prokofyev İqor Vladimiroviç Milli Aviasiya Akademiyasının Mühasibat şöbəsinin rəisi – baş mühasib Svetlana Prokofyevanın oğludur.

Aeroportun, eləcə də akademiyanın rəhbərliyi şöbə rəisinə oğlunun vəfatı ilə əlaqədar başsağlığı verib.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş bədbəxt hadisə nəticəsində hava limanının daha bir əməkdaşı ağır xəsarətlər alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu