Floridada kran avtomobilin üstünə aşdı


ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərində kranın bir hissəsinin binadan aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.



Nəhəng metal konstruksiyanın körpünün üstündən keçən avtomobilin üzərinə düşərək onun ön hissəsini əzdiyi bildirilib.

Kranın aşan hissəsi ilə birlikdə yerə düşən inşaat işçisi dünyasını dəyişib.

Yaralılardan ikisi xəstəxanaya aparılıb, üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Səlahiyyətlilər kran hissəsinin niyə aşdığını hələ müəyyən edə bilmədiklərini və hadisə yerində araşdırma apardıqları müddətdə Cənub-Şərqi 3-cü küçə körpüsünü qeyri-müəyyən müddətə bağladıqlarını söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu