Ukraynalı futbolçu Rusiya klubuna keçdi


Belarusun "Dinamo" (Brest) klubunun ukraynalı futbolçusu Aleksandr Noyok Rusiya "Orenburq"una keçib.



"Report"un məlumatına görə, bu barədə 28 yaşlı yarımmüdafiəçi və onun yeni klubu instaqramda paylaşım edib. Lakin onlar müqavilə müddətini açıqlamayıblar.

Qeyd edək ki, Aleksandr Noyok Brest "Dinamo"sunda 2018-ci ildən forma geyinməyə başlayıb. O, əvvəllər Ukraynanın "Şaxtyor" (Donetsk), "Metallist", Belarusun "Dinamo" (Minsk) və digər komandalarda çıxış edib. "Orenburq" Rusiyanın səviyyəcə ikinci sayılan Milli Futbol Liqasında mübarizə aparır və bu mövsüm 26 oyundan 54 xalla 3-cü pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu