"Qarabağ"ın rəqibi koronavirus testlərinin nəticəsini açıqladı


UEFA Avropa Liqasında I qrupunun ilk tur matçında "Qarabağ"ı qəbul edəcək İsrailin "Makkabi" (Tel-Əviv) komandasının üzvləri növbəti dəfə koronavirus testindən keçib.



AFN klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün analizlərin nəticəsi mənfi çıxıb. Heç bir oyunçuda infeksiya aşkarlanmayıb.

Son bir neçə həftədə Tel-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu ki, onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirlər.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu