"Qarabağ"ın rəqibində Bakı səfəri öncəsi koronavirus aşkarlanıb


UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq Kiprin AEL komandası Bakı səfəri öncəsi koronavirus testi verib.


AFN klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçulardan birinin analiz nəticəsi müsbət çıxıb. İnfeksiya aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu