"Neftçi"nin legioneri koronavirusa yoluxdu


"Neftçi"nin futbolçusu Prins İbarada koronavirus aşkarlanıb.



Bu barədə AFN-ə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, konqolu futbolçu infeksiyaya millinin düşərgəsində yoluxub. Hələ Bakıya qayıtmayan 24 yaşlı hücumçu Portuqaliyada karantinə alınıb. Afrikalı forvardın təkrar testinin nəticəsi mənfi çıxandan sonra o, Azərbaycana gələcək.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş görüş Konqo yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu