Ronaldu, Messi və Levandovski ən yaxşı futbolçu adına namizəd oldu


FIFA ilin yaxşı futbolçusu adına namizəd futbolçuların adlarını açıqlayıb.


"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi, Almaniya "Bavariya"sından Robert Levandovski, Fransa PSJ-sindən Neymarla Kilian Mbappe, İngiltərə "Liverpul"undan Tiaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Virgil Van Dayk, İspaniya "Real Madrid"indən Serxio Ramos və İngiltərə "Mançester Siti"sindən Kevin De Breyne iddia edir.

Ən yaxşı qadın futbolçu adına namizədlər:

1. Lyusi Bronz ("Mançester Siti", İngiltərə)

2. Delfina Kaskarino ("Lion", Fransa)

3. Karolina Hansen ("Barselona", İspaniya)

4. Pernille Harder ("Çelsi", İngiltərə)

5. Cennifer Ermoso ("Barselona", İspaniya)

6. Ci So Yun ("Çelsi", İngiltərə)

7. Sem Kerr ("Çelsi", İngiltərə)

8. Saki Kumaqai ("Lion", Fransa)

9. Cenifer Marojan ("Lion", Fransa)

10. Vivianne Midema ("Arsenal", İngiltərə)

11. Vendi Renar ("Lion", Fransa)

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.Dekabrın 11-də isə FIFA 3 finalçının adlarını açıqlayacaq.

2019-cu ilin ən yaxşı futbolçusu adını Lionel Messi qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu