İngiltərə klubu kütləvi yoluxma səbəbindən bazasını bağladı


İngiltərənin "Aston Villa" komandasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.



"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Birmingem təmsilçisi öz bazasını bağlayıb.

Həmçinin komandanın ölkə kubokunun 1/32 final mərhələsinin "Liverpul"la oyunu öncəsi bugünkü məşqi baş tutmayıb.

Qeyd edək ki, yanvarın 8-nə planlaşdırılan matçın təxirə salınacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu