Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək? - MƏBLƏĞ


2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

AFN xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqüında” qanun layihəsində əksini tapıb.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu