BVF: Ermənistan işsiz ölkələrin ilk sırasında yer alıb


Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Venesuela 2020-ci ildən bu ilin birinci rübünə qədərki dövrdə 58,3 faiz nisbətində işsizlik dərəcəsi ilə dünyada ilk sırada yer alıb. Hesabatda Venesuelanı 29 faiz ilə Cənubi Afrika, 21,9 faizlə Sudan və 17,5 işsizlik faizi ilə Ermənistan izləyir.


“Amerikanın Səsi” Radisosunun saytında yer alan xəbərlərə görə, Venesuela Mərkəzi Bankına (BCV) görə, keçən ili yüzdə 3 minə yaxın (yüzdə 2 min 959.8) inflyasiya ilə başa vuran Venesuela, dünyanın ən zəngin neft ehtiyatlarına malik ölkəsi olsa da XXI əsrin ən ağır iqtisadi böhranından birini yaşayır.

Mütəxəssislər, məşğulluqda yaşanan böhranın, xüsusilə istehsal sektoru və ticarətdə uzun illərdir davam edən iqtisadi daralmanın bir nəticəsi olduğunu bildirirlər. Venesuelada 2000-ci illərin əvvəllərində istehsal sektorunda 11 min 138 şirkət olduğu halda, bu gün həmin rəqəmin 2 min 121-ə düşdüyü və keçən il 600.000 olan iş yerlərinin sayının, pandemiyanın təsiri ilə 2000-ə qədər azaldığı bildirilir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu