Lotu Quliyə sui-qəsddə şübhəli bilinən qanuni oğru Türkiyədə tutuldu


İstanbul polisi Buryatiyanın "vəziyyətinə baxan” gürcü qanuni oğru Quram Çixladzeni (Kvejoeviç) nəzarətə götürüb.



Qaynarinfo «News Turk»ə istinadla xəbər verir ki, Kvejoeviç ilə birlikdə daha iki nəfər də saxlanılıb.

Cinayətkarın qaldığı otel otağında üç tapança, onlar üçün patron və ratsiya tapılıb. Yanvar ayında Çixladze azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həyatına qəsd edilməsi iddiası ilə Türkiyə polisi tərəfindən həbs edilmişdi. Bundan bir qədər sonra Səlifov öldürülmüşdü. Sonra guya Çixladze polislə razılaşdıqdan sonra ölkədən qovulmuş, lakin sonra geri dönmüşdü.

Kvejoeviçin hüquq-mühafizə orqanları ilə iş birliyində olduğu üçün "tacdan kənarlaşdırılması" barədə cinayət aləmində şayiələr yayılmışdı.

Rusiyada Çixladze ən yüksək cinayət iyerarxiyasında yer alması ilə bağlı cinayət işində təqsirləndirilən şəxsdir.

Kvejoeviç 2006-cı ildən Buryatiyanın "vəziyyətinə” baxır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu