Lotu Qulinin yaxın adamı “oğru aləmi”ndən uzaqlaşdırıldı


2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın adamı hesabı edilən Nihad Qulinin oğru aləmindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb.


Məlumatda "qanuni oğur”lar Ülfət Tağıyev (Rufo Gəncinski), Badri Koquaşvili (Badri Kutaisi) və Raciddin Mihrəliyev (Racik) Nihad Quli barədə "proqon” yayıb. Onlar Nihad Qulinin "vurulduğunu" bəyan edib. Adıçəkilən "qanuni oğru”lar Nihad Qulinin əvvəllər Bakıda polis rəislərindən birinin cangüdəni olduğunu əsas gətirərək onu kriminal mühitdən uzaqlaşdırıb.


Nihad Quli

Rufi Gəncinskinin yaxın ətrafına daxil olan şəxslər faktı təsdiqləyib. Onlar bildiriblər ki, Nihad Qulinin vurulması fevralın 25-nə təsadüf edib (Mənbə: Criminal.az).


Raciddin Mihrəliyev

Nihad Quli barəsində "proqon” yayan "qanuni oğru”lardan Badri Koquaşvili ilə Rufo Gəncinskinin Nadir Səlifovla münasibətləri ürəkaçan olmayıb. Badri Koquaşvili ilə Nadir Səlifov "Çixladze olayı”na görə-görə üz-üzə gəlib. Söhbət gürcü əsilli "qanuni oğru” Quram Çixladzenin Lotu Qulinin yanında vurulmasından gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Çixladze Lotu Quli ilə bir qədər yuxarı tonda danışdığı üçün ikincinin yanında olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev tərəfindən yumruq zərbəsi alıb. Bu hadisə kriminal dünyada qarşıdurmaya səbəb olub. Çixladzenin vurulmasını əsas gətirən Lotu Qulinin rəqibləri onun "qanuni oğru” statusundan məhrum edilməsinə çalışıb. Bu məsələdə Badri Koquaşvili də Nadir Səlifova əks cəbhədə dayanan kriminalitetlərdən olub.


Badri Koquaşvili

Rufo Gəncinskiyə gəlincə, o, 2016-cı ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın çevrəsinə daxil olan şəxslərdəndir. Rövşən Lənkəranski ilə Lotu Qulinin münasibətlərinin qarşıdurma həddində olduğu da sirr deyil. Hətta hər iki "qanuni oğru” qətli aralarındakı konfliktin təzahürü kimi dəyərləndirilir.


Rufo Gəncinski

Beləliklə, mümkündür ki, Nihad Qulinin vurulması Nadir Səlifovdan sonra onun klanının lideri olan qardaşı "qanuni oğru” Namiq Səlifova (Namiq Bakinski) zərbə vurmaq, onun ətrafını seyrəltmək məqsədi daşıyır. Hələlik qarşı tərəfin bu məsələyə hansı reaksiya verməsi barədə məlumat yoxdur. Baş verənlərin əsl mahiyyəti bu rekasiyadan sonra bəlli olacaq. Əgər qarşı tərəf Nihad Qulini müdafiə edəcəksə, deməli, kriminal dünyada yeni savaşın əsası qoyulub. Əks-təqdirdə, yəni, Nihad Qulinin vurulması sükutla qarşılanacaqsa, o zaman Lotu Quliyə yaxın şəxsin haqlı olaraq vurulduğunü düşünmək olar. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu