Yalçın Rzazadə son mənzilinə yola salındı - Fotolar


Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Xalq artistinin Yasamal rayonu ərazisində yerləşən evində baş tutub.

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, əməkdar artist Mirnazim Əsədullayev və başqa mədəniyyət nümayəndələri iştirak edib.

Vida tədbiri soyuq təşkil olunmağı ilə diqqət çəkib. Hətta, Mədəniyyət Nazirliyi Xalq artisti ilə vidaya öz nümayəndəsi ilə bir çələng belə göndərməyib.

Daha sonra Y.Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb. Mərhumun oğlu, əvvəlcə atasının dəfn yeri ilə bağlı konkret bir qərar olmadığını, Mədəniyyət Nazirliyindən cavab gözlədiyini desə də, daha sonra məclisə dəvət edilmiş din xadimi Y. Rzazadənin vəsiyyəti əsasında Lənkəranda dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, 74 yaşlı sənətkar ötən gün vəfat edib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu