Qənirə Paşayeva Zemfira Əbdülsəmədova ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın teatr və kino aktrisası Zemfira Əbdülsəmədova ilə Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, yeni uğurlar diləyib.


Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa olaraq çalışan sənətçinin tamaşaçıların alqışlarla qarşıladığını vurğulayan Q.Paşayeva onun iki dəfə Preziden Mükafatına ksyiq görülməsindən məmnunluğunu bildirib.
Zemfira Əbdülsəmədovanın yeni nəsil şairlərinin şeirlərini səslndirdiyini də xatırladan Komitə sədri, onun bədii qiraətçi kimi də sevildiyini söyləyib.
Sənətçini yubileyi və Novruz bayramı münasibətilə Mədəniyyət Komitəsi adından bir daha təbrik rdən Q.Paşayeva, ona Komitənin Təbrik Məktubunu və Qarabağ motivli hədiyyələr təqdim edib.
Yubilyar görüşə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu