Oskarın əsas mükafatını "Nomadland" filmi qazandı


Rejissor Kloe "Nomadland" filmi ilə bazar günü ən yaxşı rejissor kimi Oskar mükafatına layiq görülən ilk çinli qadın olub.


Film Amerikanın qərbini gəzmək üçün yaşadığı kiçik qəsəbəsindən ayrılan və yol boyunca cəmiyyətlərindən uzaqlaşaraq, səyahətə çıxan insanlarla görüşən bir qadından danışır.

Cao mükafatı alarkən "Dünyada getdiyim hər yerdə tanış olduğum insanlardan həmişə yaxşılıq gödrüm. İnama və cəsarətə sahib olan hər kəs içərisindəki yaxşılığı qoruyub saxlaya bilir və nə qədər çətin olsa da, bir-birinizə yaxşılıq etməyə çalışın" deyib.



Ən yaxşı aktrisa nominasiyasında Oscar mükafatını "Nomadland" filminin ulduzu Frensis Makormand qazanıb. Bu onun 1997-ci ildə "Fargo", 2018-ci ildə "Three Billboards Outside Ebbing" filmlərinə görə aldığı Oskar mükafatlarından sonra üçüncü qələbəsidir.

Ən yaxşı aktyor roluna görə Oskar mükafatı "The Father" filmində demansiya ilə mübarizə aparan insanı oynayan Entoni Hopkinsə verilib. Hopkins ilk Oskarını təxminən 30 il əvvəl qazanıb.

Ən yaxşı orijinal ssenariyə görə Oskar bir qadının yırtıcı kişilərdən qisas almaq istəyən "Promising Young Woman" trilleri üçün Emerald Fennelə verilib.

Ən yaxşı tərəf müqabili roluna görə Oskar müqkafatına Judas və Qara Məsihdə Qara Panter lideri Fred Hamptonu canlandıran britaniyalı Daniel Kaluya layiq görülüb.


Daniyel Kaluya

Miya Neal və Camika Vilson "Ma Rainey’s Black Bottom" filmində makiyaj və saç düzümü üçün Oscar qazanan ilk qaradərili qadınlar olaraq tarixə düşüb.

Ən yaxşı beynəlxalq film nominasiyasında Oskar mükafatına danimarkalı rejissor Tomas Vinterberqin "Another Round" filmi layiq görülüb. (Amerikaninsesi.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu