“Oskar 2019″un qalibləri məlum olub- SİYAHI




Amerika Kino İncəsənət və Elmləri Akademiyasının 91-ci mükafatlandırma mərasimi başa çatıb – “Oskar 2019” laureatları dünən gecə Los-Ancelesdə elan edilib.



Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ən yaxşı filmi Peter Farrelin “Yaşıl kitab” əsəri olub.

Qaliblərin tam siyahısı belədir:

Ən yaxşı film – “Yaşıl Kitab”, rejissor Peter Farrell

Ən yaxşı rejissor – Alfonso Kuaron, “Roma”

Ən yaxşı aktyor – Rami Malek, “Bohemian Rapsodiyası”

Ən yaxşı aktrisa – Olivia Koleman, “Sevimli”

İkinci planda ən yaxşı aktyor – Maherşala Ali, “Yaşıl Kitab”

İkinci planda ən yaxşı aktrisa Recina Kinq, “Əgər Bil küçəsi danışa bilsəydi”

Ən yaxşı ssenari – “Qara Klanoveç”, Spayk Li, Çarli Vaçtel, David Rabinoviç, Kevin Uillmott

Ən yaxşı orijinal ssenari – “Yaşıl Kitab”, Peter Farrelli, Nik Vallelonge, Bryan Karri

Xarici dildə ən yaxşı film – “Roma”, Alfonso Kuaron, Meksika

Ən yaxşı animasiya filmi – “Spiderman: Kainat”

Ən yaxşı qısa animasiya filmi – “Bao”

Ən yaxşı operator işi – “Roma” (Roma), Alfonso Kuaron

Ən yaxşı montaj – “Bohemian Rapsodiyası”, Con Ottman

Ən yaxşı kostyum dizaynı – “Qara Pantera”, Rut E. Karter

Ən yaxşı sənət rejissoru işi – “Qara Pantera” , Hanna Biçler, Cey Hart

Ən yaxşı vizual effektlər – “Ayda İnsan”

Ən yaxşı makiyaj və saç düzümü – “Hakimiyyət” Qres Kann, Keyt Bisko və Patrisiya Dehani

Ən yaxşı sənədli film – “Tək yüksəliş”

Ən yaxşı sənədli qısa film – “Nöqtə. Cümlənin sonu”, rejissor Raika Zektabçi

Ən yaxşı bəstəkar – “Qara Pantera”, Ludviq Yoransson

Ən yaxşı mahnı – “Ulduz doğuldu” , Ledi Qaqa



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu