Görkəmli bəstəkarın adı doğma rayonunda əbədiləşdirildi


Görkəmli bəstəkarın adı doğma rayonunda əbədiləşdirildi


Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı rayonun bir çox ziyalılarının Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya etdikləri müraciət müsbət həllini tapıb.



Millət vəkilinin sözlərinə görə, bu məsələyə baxılması xahişi ilə baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından edilən müraciət cavablandırılıb: "Oqtay Kazimi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbərin onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur. Görkəmli bəstəkarımıza ulu Tanrıdan rəhmət diləyərkən, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq.
Hörmətli Baş nazirimiz Əli Əsədova Mədəniyyət Komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu