Bakıda məktəbə Arif Məlikovun adı verildi




Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib.

Bu barədə AFN-ə[b][/b] Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, A.Məlikov 1933-cü ilin 13 sentyabrında anadan olub.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Prezidentin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor A.Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.

2019-cu ilin mayın 9-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, ötən il “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Prezidenti müvafiq sərəncam imzalanıb. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu