Ən böyük uşaq istismar platforması məhv edildi


Alman polisi, dünyanın ən böyük uşaq istismar paltformalarından birini məhv edib. İnternetin qaranlıq dünyası olaraq bilinən darknet üzərindəki ən böyük uşaq istismar platformasına qarşı əməliyyat həyata keçirilib. Qaranlıq şəbəkədə fəaliyyət göstərən "Boystown" adlı platformanın dünya miqyasında 400 min üzvü var.


AFB xəbər verir ki, Alman Federal Polis Xidmətinin (BKA) açıqlamasına görə, platformanı idarə edən iki nəfər və bir üzvü Almaniyada, bir alman vətəndaşı da beynəlxalq həbs qərarı ilə Paraqvayda tutulub. Şübhəlilər bir şəbəkə yaratmaqda və qaranlıq şəbəkədə uşaq istismarına yönəlmiş pornoqrafik məzmun yaymaqda günahlandırılır. Platformada azyaşlı uşaqların ən ciddi cinsi istismarının görüntülərinin yer aldığı da bildirilir. 40, 49 və 58 yaşlarında olan əsas şübhəlilərin sözügedən saytın administratorları olduqları, veb saytın texniki işinə də məsul olduqları və sayt üzvlərinə polisə yaxalanmaq riskini minimuma endirmək üçün təhlükəsizliklə bağlı tövsiyələr verdikləri bildirilir. 64 yaşlı başqa bir şübhəli, 2019-cu ilin iyul ayından platformanın üzvü olduğu və 3500 pornoqrafik məzmunu olan paylaşımla saytın ən aktiv istifadəçilərindən biri olduğu qeyd edilir.

Şübhəlilərə qarşı əməliyyatın aprelin ortalarında baş verdiyi, Almaniyadakı şübhəlilərin tutulduğu, digərinin isə Paraqvaydan təhvil verildiyi bildirilir. Avropa polis təşkilatı Europolun koordinasiyasında reallaşdırılan əməliyyatı Hollandiya, İsveç, Avstraliya, ABŞ və Kanadadan olan polislərin də dəstəklədiyi ifadə edilib.

Hessen Ədliyyə naziri Eva Kühne-Hörmann əməliyyatın uşaqlara və gənclərə qarşı cinsi zorakılığa qarşı mübarizədə böyük bir müvəffəqiyyət olduğunu deyib: “Bu iyrənc platformanın bağlanması, cinayət təqibinin qaranlıq şəbəkədə də uğurlu olduğunu və cinayətkarların burada özlərini təhlükəsiz hiss edə bilməyəcəklərini bir daha ortraya çıxardı".

Nigar



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu