İnterpol Rusiyada 28 ölkəni uşaq pornosu ilə təmin edən dəstəni üzə çıxarıb


İnterpol beynəlxalq xüsusi əməliyyat çərçivəsində Rusiyada 28 ölkəyə uşaq pornoqrafiyasının tədarükü ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun (OCQ) 3 üzvünü saxlayıb.


AFN.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin (İK) Sverdlovsk idarələrinin və Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin nümayəndələri məlumat veriblər.

Təhlükəsizlik qüvvələri Yekaterinburqda iki, Krasnodar diyarında bir nəfəri yaxalayıb. Onlar uşaqların iştirakı ilə pornoqrafiya yaymaqda ittiham olunurlar. Həmin şəxslər üzərində axtarış aparılıb, veb-saytların yaradılması və idarə olunması üçün xüsusi proqram təminatı olan kompüter avadanlığı, həmçinin yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirləri olan disk aşkar edilib.

İnterpolun Baş Katibliyinin təşəbbüsü ilə həyata keçirilən NARSIL kod adlı xüsusi əməliyyat zamanı məlum olub ki, dünyanın 28 ölkəsində, o cümlədən Argentina, Tailand, Bolqarıstanda uşaqlara qarşı cinsi istismar materiallarından istifadə biznesi vüsət alıb. Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, gəlir bu məqsədlər üçün xüsusi olaraq yaradılmış kripto "pul kisə"lərinə gedib. Onun sözlərinə görə, mütəşəkkil cinayətkar qrupun hər bir üzvü ayda 350 min rubla qədər gəlir əldə edib.

Saxlanılanlardan biri sambo üzrə idman kateqoriyasına malikdir və sağlam həyat tərzini təbliğ edir. İstintaq Komitəsinin Sverdlovsk şöbəsinin nümayəndəsi Aleksandr Şulqa bildirib ki, saxlananlardan hər üçü cinayətlərini etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu