Rusiya və Qazaxıstanın xüsusi xidmət orqanları Baykonurda təhlükəli cinayətkar dəstəni zərərsizləşdiriblər


Qazaxıstan və Rusiyanın hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları Baykonurda mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısını almaq üçün xüsusi əməliyyat keçirib.


AFN.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 3-də Baykonurda FTX və Rusiya Daxili İşlər Nazirliyi ilə birgə təhlükəli mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısının alınması üzrə əməliyyat keçirilib. Eyni zamanda bu qruplaşmanın üzvləri Astanada, Qızılorda və Konayevdə saxlanılıb.

İdarənin məlumatına görə, mütəşəkkil cinayətkar qrupun tərkibində Qazaxıstan və Rusiya vətəndaşları olub. Onların fəaliyyətinə adam oğurluğu, qəsb, silahlı soyğunçuluq və oğurluq kimi cinayət əməlləri aiddir.

Ümumilikdə mütəşəkkil cinayətkar dəstənin 18 lideri və fəal üzvü saxlanılıb. Şübhəlilərin yaşadıqları yerlərdə odlu silah, pul və istintaqa lazım olan digər materiallar müsadirə edilib. Hazırda saxlanılan şəxslərin digər cinayətlərdə iştirakları araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu