Ermənistanda dövlət obyektlərini ələ keçirməyə çalışan cinayətkar qrup saxlanılıb


Ermənistanda dövlət əhəmiyyətli dövlət orqanlarını ələ keçirməyə çalışan cinayətkar qrup saxlanılıb.



AFN.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayətkar qrupun 5 üzvü saxlanılıb.

Qeyd edilib ki, ilkin araşdırma zamanı onlar əvvəlcədən razılaşaraq partlayış və digər ictimai təhlükəli əməllər törətməyi planlaşdırıb.

Cinayətkar qrup dövlət əhəmiyyətli və digər tikililəri zəbt etməkdə, dövlət orqanlarının fəaliyyətini pozmaqda ittiham olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu