KİV DF müsabiqəni 2008-ci ildə qəbul olunan qaydalarla keçirməməli idi - Osman Gündüz


Bu günlərdə KİV DF növbəti müsabiqəsini yekunlaşdırıb. Fondun yeni rəhbərliyinin bu sahənin inkişafı ilə bağlı atdığı addımlar və gələcək yanaşmalarla tanış olmaq istədim. Baxdım ki, yeni rəhbərlik yenə də KİV-ə dəstəklə bağlı qərar üçün köhnə Qaydalara və 2008-ci ildə qəbul edilən, mətnində "internet" sözü olmayan “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na istinad edib.



AFN xəbər verir ki, bunu İT məsələləri üzrə ekspert Osman Gündüz bildirib. O, Fondun istinad etdiyi qaydaların qəbul olunduğu 2008-ci il üzrə bir sıra göstəriciləri də təqdim edib:
- 1 mb/s ADSL interneti qiyməti 720 manat
- 100 nəfərinə düşən kompüterlərin sayı 7,5 ədəd, 100 nəfərə düşən internet istifadəçilərinin (DialUp) sayı 37-yə bərabərdir
- 90% istifadəçi DialUp istifadəçisidir, cəmi 10 % istifadəçi ( təxminən 43000) 1-2 mb/s ADSL internetdən istifadə edir
- ölkədə sosial media yoxdur, infomasiyanın mənbəyi və ötürülməsi vasitəsi olaraq ənənəvi KİV üstünlük təşkil edir
- qəzetlər yenicə internet versiyalarını yaradırlar
- bütün ölkə üzrə internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti cəmi 8 GB/s-dir və s.
"Əgər KİVDF Azərbaycanın indiki inkişaf səviyyəsində, ənənəvi medianın, sosial medianın və internet medianın indiki inkişaf səviyyəsində 2008-ci ilin sənədinə istinad edib qərar verəcəksə, düşünürəm ki, bu sahədə ciddi uğurlardan danışmaq hələ çox tezdir" - deyən ekspert qeyd edib ki, bu sahənin inkişafı üçün yeni konseptual sənəd ortaya qoyulmalıdır: "Məhz bu sənəddə sektorun inkişafı və hüquqi tənzimlənməsi prinsipləri öz əksini tapmalıdı.
Fikrimcə, KİV DF indiki zamanda öz resurslarını bu istiqamətdə səfərbər etməli və yeni inkişaf konsepsiyasının hazırlanması üçün maraqlı tərəflərin iştirakı ilə ləngimədən müzakirələrə başlamalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu