Azərbaycanda internet niyə bahadır? - SƏBƏB




Azərbaycanda İnternet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar nəzarət edir.

Bu barədə məlumat verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu qurumların satdığı İnternet kifayət qədər bahadır: "Məsələn,

10 manat – 1 mb/s Aztelekom - ADSL
30 manat - 5 mb/s -Aztelekom – ADSL
30 manat - 6 mb/s -Baktelecom – ADSL
18 manat, 20 mb/s, Baktelecom -OPTİK
80 manat , 100 mb/s, Baktelecom, OPTİK

Müqayisə üçün :

Ukrayna
6 manat, ADSL+, 20 mb/s
(8 manat, optik internet, 100 mb/s, Ukrtelekom)

Qazaxıstan
15 manat, ADSL 4 mb/s +aylıq tel.+aylıq mobilə zənglər .
(30 manat, optik internet, 200 mb/s, Kaztelekom)

Rusiya (Moskva)
15 - 20 manat, optik, 150 – 500 mb/s (Rostelekom)

Gürcustan
30 manat, 50 mb/s ( Magticom)”.

Mütəxəssis bildirir ki, NRYTN haqsız rəqabət aparır: "Artıq Antiinhisar dövlət qurumu da artıq bu barədə qərar qəbul edib. Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provayderləri isə bu resurslardan sərbəst istifadə edirlər. Bundan əlavə, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri "DeltaTelecom”un 70 faiz qiymət endirimini boykot etdilər”.

O.Gündüzün sözlərinə görə, müşahidələr və monitorinqlər göstərir ki, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar: "Dövlət və özəl provayderlərin "çəkidə aldatma” və digər sui-istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməidir. İnternetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün nə etməli? Əvvəla, qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki, qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər.
Sürətli internet xidməti üçün dövlət rabitə resurslarından istifadə ilə bağlı müəyyən olunan tariflər endirilməlidir. İkincisi, NRYTN-nin haqsız rəqabətinə son qoyulmalı, Antiinhisar dövlət qurumunun qərarı icra olunmalıdır. Özəl İSP-lərə şərait yaradılmalıdır, Kabel-kanal sistemindən istifadə Qaydaları hazırlanmalıdır. Üçüncüsü, Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidrilər, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır. Dördüncüsü, dövlət provayderləri özəlləşdirilməlidir. Beşincisi, hökumət sektroda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir. Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Nəhayət, altıncısı, müqavilədə göstərilən sürəti verməməyə görə, "çəkidə aldatma" ilə bağlı sərt tədbirlər görülməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu