Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”


Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan (“Çiçəklənən Ermənistan” fraksiyası) özünün Facebook səhifəsində azərbaycanlıların Google Maps-da Yerevanın mərkəzi küçələrinin adını dəyişdirdiyini, öz şəhid və qəhrəmanlarının adlarını verdiyini bildirib. Və Google Maps-dan skrin paylaşıb.


“Google Maps xəritələrində azərbaycanlılar Yerevanın mərkəzi küçələrinin adlarını öz qəhrəmanlarının şərəfinə dəyişdiriblər. Faktiki olaraq mən Polad Həşimov (Azərbaycanın şəhid Milli Qəhrəmanı, general,-reed.) küçəsində yaşayıram. Türklərlə sülhü təbliğ etməkdə davam edin”,-deputat bildirib. (Virtualaz)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu