Yaponiya tibb işçiləri Google-u məhkəməyə verib


Yaponiyadakı həkimlər və stomatoloqlar Google-a qarşı xəritələr tətbiqində qərəzli şərhləri dərc etdiyinə görə 1,4 milyon yen təzminat iddiası qaldırıblar.



Yaponiyada həkimlər və diş həkimləri də daxil olmaqla 63 səhiyyə işçisi Google Maps-də yazılan əsassız neqativ şərhlərin onların bizneslərinə mənfi təsir göstərməsi səbəbi ilə qanuni addım atıb.

Tokio Bölgə Məhkəməsində Google-a qarşı qaldırılan iddiada şikayətçi tərəf həkim-xəstə məxfiliyinə görə əsassız şərhlərə etiraz etmədiklərini, lakin Google-un müvafiq tədbir görmədiyini iddia edib.

Paytaxt Tokioda klinika işlədən şikayətçi həkimlərdən biri açıqlamasında "Bir çox səhiyyə müəssisəsinin fəaliyyəti böhtan, təhqir və real olmayan yazılar səbəbindən dayandırılıb" deyib.

Şikayətçinin vəkili Nakazawa Yuiçi öz ifadəsində işçilərin əlverişsiz vəziyyətini nəzərə alaraq Google-un məsuliyyət daşımaması düzgün deyil deyib.

İddia tərəfi 1,4 milyon yen, təxminən 9 min dollar təzminat tələb edir.

Qeyd edək ki, "Google Maps" tətbiqində istifadəçilər bizneslər və bu bizneslərdən aldıqları xidmətlər haqqında şərhləri sərbəst paylaşa və 1 ilə 5 arasında səsvermə yolu ilə qiymətləndirə bilərlər.

Praktikada iş saatları və yerlər də daxil olmaqla digər məlumatlar da açıq şəkildə dərc olunur.

Yerli mətbuatda bildirilib ki, Google dezinformasiya və anlaşılmazlıqları azaltmağa çalışsa da, ayrı-ayrı hallara münasibət bildirməkdən imtina edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu