Pandemiya dünya iqtisadiyyatında orta təbəqəni məhv edib - ARAŞDIRMA


Son otuz ildə qlobal iqtisadiyyatda böyük bir qarışıqlıq yaşanmasına baxmayaraq, bütün dünyada "iqtisadi möcüzə" kimi görülən bir tendensiya var idi: Milyonlarla insan yoxsulluqdan çıxaraq orta sinif gəlir qrupuna daxil olur. Lakin pandemiya bu möcüzəni əksinə çevirməyə başladı.


AFN “Pew Research” araşdırma mərkəzinin Dünya Bankının məlumatları əsasında hazırlasığı hesabata istinadən xəbər verir ki, dünya iqtisadiyyatının orta təbəqəsi 1990-cı illərdən bəri ilk dəfə 2020-ci ildə azalıb. Təxminən 150 milyon insan - bu rəqəm İngiltərə və Almaniyanın ümumi əhalisinə bərabərdir - gəlir səviyyələrində azaldı. Hesabatda, sosial-iqtisadi mərhələlərdə ən böyük enmənin, Hindistanın təsiriylə inkişaf etməkdə olan ölkələrdən ibarət olan Cənubi Asiya və Səhra altı Afrikada görüldüyü vurğulanır.

10-50 dollar qazanan əhali 90 milyon azaldı

İqtisadi böhran bütün dünyada 90 milyon insanın həm yaşayış səviyyəsini, həm də gələcək üçün gözləntilərini aşağı salmaqla, orta gəlir qrupundan aşağı gəlir qrupuna və yoxsulluğa sövq edilməsinə səbəb oldu. Yüksək gəlir qrupundan olan 62 milyon insan sosial-iqtisadi səviyyədə azalıb. Orta sinifin təsviri müxtəlif səviyyələrdə dəyişə bilər. “Pew Research” araşdırmalarında adıçəkilən orta sinif, gündəlik gəliri 10.01-20 dollar olan "orta gəlir" qrupu və gündəlik gəliri 20.01 ilə 50 dollar arasında olan "yuxarı orta gəlir" qrupu olmaqla iki səviyyədə göstərilir. “Brookings” İnstitutu isə bu dəyərləndirməni biraz daha geniş: 10-100 dollar qiymətləndirir. “Pew Research”in məlumatına görə, dünya əhalisinin üçdə biri, təxminən 2,5 milyard insan gəlir piramidasının orta gəlir qrupundadır.

Gündəlik gəliri 2 ilə 10 dollar arasında yaşayan az gəlirli qrupa aid dünya əhalisi, 2020-ci ildə 21 milyon artaraq 3 milyard 965 milyona çatdı. Yoxsulluq həddinin altında yaşayan və gündə 2 dollardan az qazanan dünya əhalisi, pandemiyada 131 milyon artımla 803 milyona çatdı. Dünyada orta sinifin üçdə birinə ev sahibliyi edən Çin, bu gəlir qrupunun ən az azaldığı iqtisadiyyatlardan biridir. Ancaq ABŞ və Avropadan fərqli olaraq aşağı maliyyə və pul təşviqləri təmin edə bilən ölkələrdə vəziyyət daha pisdir. Beynəlxalq Valyuta Fondu (BVF) da qlobal iqtisadiyyatın 2024-cü ilə qədər pandemiya öncəsi təxminlərindən 3 faiz daha kiçik olacağını, bunun ən əhəmiyyətli səbəbinin inkişaf etməkdə olan ölkələrdəki dəstəyin daha kiçik olduğunu bildirib. Araşdırmaya görə, ən çox zərbə alan orta təbəqə,32 faizlə Hindistandır.

“Bloomberg Economics”in proqnozlarına görə, Hindistan 2021-ci ili pandemiyadan əvvəlki dövrlə müqayisədə 5,2 faiz daha aşağı ÜDM ilə bağlayacaq. İndoneziyada ÜDM-in pandemiya öncəsi təxminlərdən 9,2 faiz daha aşağı olacağı proqnozlaşdırılır. ABŞ-da bu fərq cəmi 1,6 faizdir. Dünya Bankının Baş iqtisadçısı Karmen Reinhart da pandemiyanın ikinci dalğa iqtisadi təsirlərinin yaxınlaşdığını və “böyümə nisbətlərindəki artımı davamlı bir inkişaf kimi qəbul etmək səhv olardı” deyib.

“Bloomberg” mövzu ilə əlaqədar hazırladığı hesabatda, Hindistan, Braziliya, Cənubi Afrika və Taylanddan getdikcə daha çox kasıb olan insanlara da toxunub, gəliri azalanların əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdəki vəziyyətinə diqqət çəkib. Bu baxımdan “Ford "un “artıq avtomobil almaq üçün orta sinif olmadığı" səbəbiylə Braziliyadan geri çəkilməsi, bir hindli mühəndisin on ildir qənaət etməsinə baxmayaraq pandemiyada işini itirdiyi üçün 6000 dollarlıq bir avtomobili ala bilmədiyi, ətin ana vətəni olan Latın Amerikasındakı braziliyalıların artıq böyrək, dil, ciyər yeməsi və ət istehlakı sürətlə azalırkən, toyuq və xüsusilə yumurta istehlakı sürətlə artmaqda olduğu qeyd edilir. Eləcə də dünyanın bir çox ölkəsində milyonlarla insan üçün ev sahibi olmağın xəyala çevrilməsi, orta təbəqənin getdikcə azalması ilə bağlı ortaya qoyulan misallardan sadəcə bir neçəsidir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu