Azərbaycanlı biznesmenin oğlu həbs olundu - Özü axtarılır


Rostov vilayətinin Aksay rayonunun administrasiya başçısı Vitali Borzenko Kislovodskda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


AFN Qafqazinfo.az-a istinadən xəbər verir ki, Borzenko azərbaycanlı iş adamı Kərim Babayevin yaratdığı cinayətkar dəstədə iştirak etməklə dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.

Müstəntiqlərə görə, qrup qanunsuz bazarlara nəzarət edir və 20 ildir çirkli pulların yuyulması ilə məşğuldur. Onların vurduğu maddi zərərin miqdarı 600 milyon rubldan yüksək qiymətləndirilir. İndiyə qədər qaçmağa müvəffəq olan Kərim Babayev və oğullarından başqa, cinayətkar qrupun üzvləri olduğu iddia edilənlərin hamısı saxlanılıb.

Saxlanılan şəxslər aprelin 13-də məhkəməyə çıxarılıb və Vitali Borzenko, biznesmen İvan Sitko və Kərim Babayevin oğlu Eduard Babayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Kərim Babayevin digər oğlu Vadim Babayev polis nəzarətində qalmaqla şərti azadlığa buraxılıb. Kərim Babayevin isə axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, Kərim Babayev 23 yanvar 1953-cü ildə Rostov vilayətinin Tselinski rayonundakı Xlebodarnoye fermasında anadan olub. Rostov Kənd Təsərrüfatı Mühəndisliyi İnstitutunu mexaniki mühəndis kimi bitirib. O, Rostprodmaş zavodunda əvvəlcə mühəndis, sonra mexanizasiya və avtomatlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

Bir neçə on il ərzində Babayev regional əhəmiyyətli bir oliqarxa çevrilib. Açıq mənbələrdən alınan məlumatlara görə, o, hazırda Rostov-Don, Aksan, Yantarnı, Otradnı rayonlarında 19 şirkətin təsisçisi və ya sahibidir.

Müəssisələrin əsas fəaliyyətinin ərzaq çatdırılması xidməti olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu