Mikayıl Cabbarov: "Sosial sığorta daxilolmalarında qeyri–büdcə təşkilatlarının payı artıb"


Bu ilin I rübündə Azərbaycanda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri–büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz bəndi artıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur", - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu