Mikayıl Cabbarov: "Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalar ən yüksək göstəriciyə çatıb"
![](https://static.report.az/photo/523c2f2a-e993-33ad-b10f-da9f2dfd5f75_850.jpg)
"2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat təşkil edib".
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: “Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 %-ə çatıb”.