Mikayıl Cabbarov: "2 ayda vergi daxilolmaları 118,7 % icra olunub"
![](https://static.report.az/photo/2544f232-b54c-3b01-a74f-512fc9cc2ad7_850.jpg)
"Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
"İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7 % icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib", - nazir qeyd edib.