Türkiyənin müdafiə naziri Yunanıstana çağırış edib
“Türkiyə-Yunanıstan münasibətləri məlumdur”.
AFN xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, möcvud problemlər diplomatiya, dialoq əsasında həlini tapmalıdır: “Qonşuluq prinisipi şərtdir. Biz həm də NATO daxilində müttəfiqik. Ona görə bizim üçün dialoq qaçılmazdır. Ümid edirəm, qarşıdakı günlərdə dialoq başlayar”.
H.Akar söyləyib ki, Türkiyə heç kimə təhlükə yaratmır.