Dünya Bankı Ukraynaya 750 milyon dollar ayıracaq
Dünya Bankı (DB) Ukraynaya 750 milyon dollar məbləğində yeni yardım paketinin ayrıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, Ukraynanın baş nazir Denis Şmıqal bu barədə öz Telegram kanalında məlumat verib. “Vəsait Avropa İttifaqına daxil olmaq üçün lazım olan institusional islahatları dəstəkləmək məqsədi daşıyan Sağlam Fiskal İdarəetmə (SURGE) vasitəsilə bərpanın dəstəklənməsi layihəsi vasitəsilə təmin ediləcək. Bu məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukraine fondundan ayrılacaq”, - deyə o, bildirib.
Şmıqal qeyd edib ki, lazım gələrsə, maliyyə vəsaiti artırıla bilər.