Özbəkistanın dağlarında gizli orta əsr şəhərləri aşkar edilib - FOTOLAR


Vaşinqton Universitetinin alimləri Özbəkistanın yüksək dağlarında İpək Yolunun tarixi üçün böyük əhəmiyyət kəsb edən iki qədim şəhər aşkar ediblər.



Tədqiqatçılar bölgədəki ilk pilotsuz uçuş aparatı (PUA) əsaslı lidar skanları ilə Taşbulak və Tugunbulak adlanan bu orta əsr şəhərlərinin ətraflı xəritələrini ortaya qoyublar.

Maykl Fraçettinin rəhbərlik etdiyi qrup lidar texnologiyası ilə şəhərlərin meydanlarını, divarlarını, yollarını və yaşayış sahələrini araşdırıb.

İki min metr hündürlükdə olan bu şəhərlər dağlarda inkişaf edən dövrün ticarət mərkəzlərindən biri kimi seçilir.

Tugunbulakın 120 hektar ərazisi ilə dövrün ən böyük şəhərlərindən biri olduğu düşünülür.

İlkin qazıntılar göstərir ki, Tuğunbulakda üç metr qalınlığında saxsı divarlarla əhatə olunmuş bina yerli dəmir ustalarının polad istehsal etdiyi zavod ola bilər.

Bu kəşf Orta Asiyanın İpək Yolu üzərindəki rolu haqqında mühüm məlumatlar verməklə yanaşı gələcək tədqiqatlarda bölgənin tarixi ilə bağlı yeni kəşflərin edilə biləcəyini göstərir.







Mənbə: Techtimes



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu