İki nəfər dəm qazından öldü
Siyəzəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayon sakini 2010-cu il təvəllüdlü Asim Muradov yaşadığı evin hamam otağında olarkən dəm qazından boğularaq vəfat edib.
Oxşar hadisə Xaçmazda da baş verib. Paytaxt sakini 1992-ci il təvəllüdlü Nuranə Şıxəliyeva Xaçmaz şəhərindəki mənzilin hamam otağında dəm qazından dünyasını dəyişib.
Hər iki fakt üzrə aidiyyəti rayonların prokurorluqlarında araşdırma aparılır.