Almaniya Avropa ölkələrini öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa çağırıb
Almaniya kansleri Olaf Şolz Avropa ölkələrini öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa çağırıb.
Olaf Şolz Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi AB Liderlər Zirvə toplantısında jurnalistlərə verdiyi açıqlamada "Avropa Birliyi olaraq, avropalılar olaraq təhlükəsizliyimiz üçün nə lazımdırsa birlikdə etməliyik. Hər kəs üzərinə düşəni etsə, bu, xüsusilə uğurlu olacaq" deyib.
Şolz Avropanın və dünyanın böyük çətinliklərlə üzləşdiyini və müharibənin Rusiya-Ukrayna müharibəsi ilə yenidən Avropaya döndüyünü ifadə edib.
Şolz Almaniyanın Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyəti öz üzərinə götürmə səylərinə diqqət çəkib və qeyd edib ki, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artması ilə ölkəsi NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfinə çatıb.
Almaniyanın baş naziri digər Avropa ölkələrini də eyni yolla getməyə çağırıb.
Budapeştdə keçiriləcək sammitdə ABŞ-da prezident seçkilərinin müzakirə edilməsinin düzgün və zəruri olduğunu deyən kansler " ABŞ həqiqətən də Avropanın ən mühüm müttəfiqidir. Transatlantik əməkdaşlıq və NATO çərçivəsində təhlükəsizliyimiz üçün birlikdə hərəkət edirik. Gələcək Amerika prezidenti ilə işləməyə davam etdirəcəyik və buna necə nail ola biləcəyimiz məsələsi müzakirəmizin mövzusu oldu" deyib.
Mənbə: AA