Kriptovalyuta şirkətinin baş direktoru fidyə qarşılığında oğurlanıb
Torontoda kriptovalyuta sənayesində fəaliyyət göstərən bir şirkətin baş direktoru çərşənbə günü axşam oğurlanaraq 1 milyon dollarlıq fidyə qarşılığında sərbəst buraxılıb.
Toronto Polis Departamentindən verilən məlumata görə, hadisə University Avenue ilə Richmond Street W. yaxınlığında baş verib.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, şübhəlilər CEO-nu zorla maşına mindirərək pul tələb ediblər.
Səlahiyyətlilərin bildirdiyinə görə, daha sonra adam Etobikokdakı Centennial Parkda sağ-salamat tapılıb.
"CBC Toronto"nun əldə etdiyi məlumata görə, qaçırılan şəxsin Torontoda yerləşən "WonderFi" maliyyə firmasının prezidenti və baş direktoru Din Skurka olduğu açıqlanıb. Fidyə elektron şəkildə ödənildikdən sonra Skurka sərbəst buraxılıb.
Mənbə: CBC News