Nigeriyada qaçırılan 137 şagird sərbəst buraxılıb
![](/uploads/posts/2024-03/1711359368_nijerya-2204504_1.jpg)
Nigeriyanın Kaduna əyalətində fidyə qarşılığında qaçırılan 137 şagird sərbəst buraxılıb.
Kaduna qubernatoru Uba Sani verdiyi yazılı açıqlamasında martın 6-da vilayətin Kuriga qəsəbəsində qaçırılan 137 şagirdin sağ-salamat sərbəst buraxıldığını bildirib.
Sani şagirdlərin hansı şərtlərlə sərbəst buraxılması barədə məlumat verməyib.
Milli mətbuatda yer alan xəbərlərə görə, martın 6-da Kuriqa qəsəbəsindəki məktəbə silahlılar tərəfindən həyata keçirilən hücumda yaşları 8-15 arasında olan 287 şagird qaçırılıb. Hücumdan sonra bəzi şagirdlər qaça bilib.