Finlandiyada PUA bazası hərbi infrastrukturun elementidir - Peskov


Rusiya Federasiyası ilə bağlı kəşfiyyat məlumatlarını toplamaq üçün Finlandiyada yerləşdirilmiş pilotsuz uçan aparat bazası ilə bağlı mətbuatda yer alan məlumatlar təsdiqlənməlidir.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, belə bir baza Helsinkinin yerləşdirməyi öhdəsinə götürdüyü hərbi infrastrukturun elementidir.

“Onlar NATO-ya daxil olarkən Finlandiyanın sərhədlərimizin yaxınlığında heç bir hərbi infrastruktur elementinə ev sahibliyi etməyəcəyini deyirdilər. Bu baza hərbi infrastrukturun elementlərindən başqa bir şey deyil".

Finlandiyanın ictimai yayımı "Yle" dünən Helsinkinin NATO-ya kəşfiyyat pilotsuz təyyarə bazası yerləşdirmək təklifi barədə məlumat yayıb. Televiziya şirkətinin məlumatına görə, belə bir kompleks üçün dörd mümkün meydan var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu