Millimizin rəqibində koronavirus aşkarlandı


UEFA Millətlər Liqasının III turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının heyətində koronavirus aşkarlanıb.



"Report" Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, futbolçulardan birinin testi müsbət çıxıb.

Bundan əlavə, U-21 millisinin bir oyunçusunun da infeksiyaya yoluxduğu bildirilib. Hər iki futbolçu kollektivdən kənarlaşdırılaraq karantinə alınıb.

Qeyd edək ki, Monteneqro millisi ilə Azərbaycan arasında oyun oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu