Cavanşir Feyziyev istefa verdi


Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.


AFN.az xəbər verir ki, o, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.

C.Feyziyev qeyd edib ki, bir neçə gün öncə feysbuk səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməyib: “Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram”.

Xatırladaq ki, C.Feyziyev ailəsi ilə bağlı London məhkəməsində gedən proseslər haqda yazı yazan, fikir bildirən bir qrup jurnalisti təhqir edən yazı yazaraq bunu sosial şəbəkə hesabında paylaşıb və bir neçə saytda dərc etdirib. Ondan sonra adları yazıda keçən 18 nəfər tanınmış jurnalist etiraz edərək, deputatın bu addımını qanun pozuntusu adlandırıb və onun cəzalanmasını tələb edib. Tələblərdən biri də C.Feyziyevin Mətbuat Şurası İdarə Heyətindən kənarlaşdırılması idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu