Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyi statusunu sildi
Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında jurnalistlərin adını çəkərək təhqir etdiyi statusunu silib.
Daha əvvəl Feyziyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək Şuranın İdarə Heyəti üzvlüyündən istefa verdiyini bəyan etmişdi.
Qeyd edək ki, bir neçə gündür media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunur. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi.