"Zirə" "Səbail"ə qalib gələrək 4-cü pilləyə yüksəlib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.


"Zirə" öz meydanında "Səbail"i qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 73-cü dəqiqədə Rəhim Sadəxovun vurduğu qol "qartallar"a qələbə qazandırıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu nəticədən sonra xallarını 22-yə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 10 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Günün ikinci matçında "Neftçi" "Bakcell Arena"da "Zirə"ni sınağa çəkəcək.

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəlib. Tura noyabrın 13-də keçiriləcək "Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ" görüşləri ilə yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu