Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib


Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda daha bir oyun keçirilib.


"Report"un məlumatına görə, "Turan Tovuz" evdə "Səbail"lə qarşılaşıb. Tovuz şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İlk qolu 9-cu dəqiqədə meydan sahibləri vurub. Komandanın ən sərrast futbolçusu Runi Eva penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Franko Mazurek baxımlı qolla hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Henri Okebuqvu Tovuz təmsilçisini yenidən önə keçirib. Görüşdə son nöqtəni isə 54-cü dəqiqədə qonaqlardan Ağabala Ramazanov qoyub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Turan Tovuz" 6-cı pillədəki mövqeyini qoruyub. 9 xalı olan "Səbail" isə 7-cidir.

Günün ikinci qarşılaşmasında "Sabah" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Qəbələ" ilə heç-heçə edib - 1:1. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu