Türkiyə hava hücumundan müdafiə sistemləri istehsal edəcək


Türkiyə kütləvi şəkildə yerli hava hücumundan müdafiə sistemləri istehsal etməyə başlayır.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında bildirib.

O qeyd edib ki, hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Siper, Hisar və Sunqur sistemlərinin kütləvi istehsalına başlanılır.

Həmçinin, iclas zamanı 5 saat havada qalaraq ilk sınaq uçuşunu uğurla həyata keçirən, pilotsuz reaktiv qırıcı “Qızılelma”nın son vəziyyəti dəyərləndirilib. Onun İHA-lara yeni imkanlar qazandırması məsələləri müzakirə edilib.

Qeyd olunub ki, F-16-lar modernləşdirilərək yenidən istehsal ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu