Covid-dən sonra aspirin istifadəsilə bağlı XƏBƏRDARLIQ: Görün nələrə səbəb ola bilər


Aspirinin koronavirusdan ölüm riskini azaltdığına dair ortaya çıxan fikirlərlə bağlı türkiyəli professor Vedat Göral mühüm açıqlamalar verib.


"Aspirinin koronavirus xəstələrində tromboz və qanaxma hallarına təsiri açıq şəkildə izah edilmədi. Səbəbi bununla bağlı tədqiqatların məhdud olması idi. Bununla belə, aspirin antikoaqulyant təsirinə görə koronavirus xəstələri və koronavirusdan sonra da tövsiyə olunur. Aspirin uzun müddət istifadə edilərsə, mədədə qastrit, xora və mədə qanaxmalarına səbəb ola bilər" - deyə professor bildirib.
AFN.az DHA-ya istinadən xəbər verir ki, Vedat Göral koronavirus fəsadlarının bəzi hallarda sitokin fırtınaları ilə müşayiət olunan immun nizamsızlıq sindromu ilə ortaya çıxdığını deyib: "Bu xəstələrdə şiddətli iltihabın laxtalanma mexanizmini işə saldığı və qan laxtalanmasına səbəb olduğu bilinir. Digər tərəfdən, koronavirusun damar endotel hüceyrələrində iltihaba səbəb olduğu və endotelin zədələnməsinə səbəb olduğu müəyyən edilib. Damar endoletinin zədələnməsi iltihaba və nəticədə kiçik trombozlara, yəni laxtalanmalara səbəb ola bilər. Ölümlərin bir hissəsinin bu laxtalanmadan sonra olduğu məlumdur. Aspirin iltihab əleyhinə və antikoaqulyant xüsusiyyətləri ilə ciddi koronavirus infeksiyasından qoruya bilər. Aspirindən bu gün ateroskleroz, yəni damarların sərtləşməsi zamanı da geniş istifadə olunur. Aspirin fibrinolizi stimullaşdırır və trombun quruluşunu dəyişdirir. Bu səbəbdən aspirin həm də antikoaqulyant və laxtalanmaya səbəb olduğu üçün koronavirus xəstələrinə və koronavirusdan sonra tövsiyə olunur. Covid-19 olan bəzi xəstələrdə aspirindən istifadənin ölüm riskini azaltdığı bildirilir. Bununla belə, məhdud tədqiqatlar səbəbindən aspirinin koronavirus xəstələrində tromboz və qanaxma hallarına təsiri dəqiq izah edilməmişdir. Koronavirusdan sonra xəstə sağalsa belə, bu gün bəzi insanlara aspirindən istifadə etmək tövsiyə olunur. Aspirin xüsusilə ayaqlarında varikoz damarları olan insanlarda, siqaret çəkənlərdə, obez insanlarda, hərəkətsizliç zamanı, irsi qan laxtalanma tarixi olanlarda, laxtalanma pozğunluğu olanlarda, Covid-19 və sonrasında istifadə edilməlidir. Ancaq ən çox 3-6 aydan sonra dayandırılmalıdır. Aspirin uzun müddət istifadə edilərsə, mədədə qastrit, xora və mədə qanaxmalarına səbəb ola bilər. Bu səbəblə mütləq həkiminizlə məsləhətləşmək və necə davam edəcəyinizi həkiminizlə planlaşdırmaq lazımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu