Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşına bilərmi?


Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası artıq 30 gündür davam edir.


AFN.az xəbər verir ki, aksiyanın 30-cu günündə də rus sülhməramlılara və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər yoldan maneəsiz keçiblər. Ekspertlər bildirirlər ki, Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə 30 gündür davam edən aksiyanın müsbət nəticələri var. Bəs Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşına bilərmi?
"Ermənistan hakimiyyətinə, erməni separatçılarına, Rusiyaya və Qərbə göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürmək hüququmuz var". Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, hadisələrin gedişatı göstərir ki, bu, kifayət etməyəcək, Laçın yolundakı hədəflərimizi böyütmək məcburiyyətindəyik: "Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa maneəsiz hərəkət edirlər, təkcə bir gün ərzində 25 nəqliyyat vasitəsi yoldan maneəsiz şəkildə keçid edib. Bu suala birmənalı şəkildə “xeyr, belə yüklər daşına bilməz” cavabını vermək mümkün deyil. Çünki həmin nəqliyyat vasitələrində nələrin daşındığı barədə dəqiq məlumat yoxdur. Rusiya hərbi kontingentinin komandanlığı yalandan deyə bilər ki, nəqliyyat vasitələrində yalnız onlar üçün lazımı vasitələr daşınır. Ancaq o nə yükdür ki, bir gün ərzində Ermənistandan Qarabağa 25 nəqliyyat vasitəsi keçib?"



Eksprtin fikrincə, həmin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşındığını vurğulamaq çətindir, ancaq əksini də söyləmək mümkün deyil: "Məsələ burasındadır ki, Rusiya hərbi kontingentinin yolda postlarının mövcud olduğu iki il müddətində Ermənistandan Qarabağa silah, sursat və mina daşınıb, rusiyalı hərbçilər bunun qarşısını almayıblar, əksinə Xankəndidə separatçılarla əl-ələ verərək əməkdaşlıq ediblər. Belə olan halda Rusiya hərbi kontingentinin erməni separatçılarından üz döndərdiyi inandırıcı deyil.
Separartçılar rusiyalı hərbçilərin psixologiyasını yaxşı mənsimsəyiblər. Ermənilərin separatçılığa başladıqları 1988-ci ildən bu yana rusiyalı hərbçiləri pulla ələ almaq təcrübələri var. Tutaq ki, Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov nəqliyyat vasitələrində erməni separatçılarına silah daşınmasının əleyhinədir. Erməni separatçıları Rusiya hərbi kontingentinin aşağı rütbəli hərbçilərinə hər ay bir neçə min dollar ödəməklə nəqliyyat vasitələrinin içərisində silah daşıya bilərlər. Əsaslı olan bu şübhələrə son qoymaq üçün etirazın davamı kimi Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılmasına keçid edilməsi zərurəti yaranıb, bundan sonra istənilən yük yoxlanılacaq və separatçılara silah və sursat daşınması imkanı ortadan qaldırılacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu