Laçın yolundakı aksiyanın tələbi dəyişdi: ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərsə...


Xankəndi-Laçın yolunda 116 gündür davam edən aksiyanın tələbi dəyişir. Artıq ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq.


AFN.az xəbər verir ki, politoloq Asif Nərimanlı məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan Bakının bununla bağlı Xankəndinə tələb göndərdiyini açıqlayıb: "Bakı hələ Xocalı görüşündən sonra separatçılara ismarıc yollamışdı: ya reinteqrasiya prosesini qəbul edin, ya da daha çox çətinliklər olacaq.
Bu görüşdən sonra keçirilən əməliyyatlar nəticəsində separatçıların "nəfəslikləri" bağlandı. Buna paralel olaraq, görüntülər aksiya ərazisində Laçın yoluna nəzarətin daha da gücləndirildiyini deməyə əsas verir. Mövcud situasiyda ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yalnız vacib məsələlərdə - Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzunmüddətli davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir".

Xatırladaq ki, önən il dekabrın 12-dən etibarən ekoloji sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri Xankəndi-Laçın yolunu bağlayaraq Azərbaycanın dövlət qurumlarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarında yoxlamalar aparmasına icazə verilməməsinə etiraz edirlər. Dekabrın əvvəlində yataqların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmalı idi. Lakin erməni separatçıların təzyiqi və sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Aksiya bundan sonra başladı və ilk gündə olduğu kimi, indi də kütləviliklə davam edir. Aksiya müddətində Qarabağdakı erməni separatçılara həmin yolla silah-sursat daşınması da mümkünsüz hala gəldi. Bu məqsədlə istifadə edilən alternativ yollar isə bir neçə gün əvvəl ordumuzun keçirdiyi əməliyyatla nəzarət götürüldü və separatçıların bütün nəfəslikləri kəsildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu