Laçın yolundakı aksiya sərhəd və gömrük məntəqəsi yaradıldıqdan sonra başa çatmalıdır - ŞƏRH


Dünəndən etibarən Xankəndi ətrafında beynəlxalq səviyyədə başlayan proseslər bu gün qondarma rejimin "dövlət naziri", Rusiyanın adamı kimi tanınan Ruben Vardanyanın vəzifədən azad edilməsi ilə nəticələndi.


AFN.az xəbər verir ki, bəzi rəylərdə bu qərardan sonra Azərbaycanın Laçın yolundakı aksiyanı dayandıracağı bildirilir. Bu, baş verəcəkmi? Ekoloji aktivistlərin 3 aya yaxındır davam etdirdiyi aksiya dayanacaqmı? Bundan sonra hansı proseslər baş verəcək?

Məsələ ilə bağlı şərh verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Laçın yolundakı etiraz aksiyasının Ruben Vardanyanla əlaqəsi yoxdur. "Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib. Ona görə də Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz" - deə siyasi şərhçi əlavə edib.
E.Şahinoğlu qeyd edib ki, Ruben Vardanyanın iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək: "Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb".

"Etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır" deyən politoloq bildirib ki, dövlətin sərhəd və gömrük xidməti olur, ölkəyə daxil olan və çıxan nəqliyyat vasitələri və vətəndaşların sənədləri yoxlanılır. "Bu BMT-yə üzv olan dövlətlərin tamamında belədir. Beynəlxaq Məhkəmə “yol açıq olmalıldır” qərarını verə bilər, ancaq “ölkənin sərhəd və gömrük xidməti olmamalıdır” kimi absurd qərara imza ata bilməz. Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına Ermənistan mane ola bilməyəcək, başqalarının da səlahiyyəti yoxdur. Məsələnin texniki tərəfi Moskva ilə danışılmalıdır ki, Laçın yolundakı rusiyalı hərbi kontingentlə problem yaşanmasın. Bu prosesi sürətləndirməyə ehtiyac var" - deyə E.Şahinoğlu fikirlərinə əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu